Qırğızıstanın həbsdə olan keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
Tarix: 30-06-2020 10:36 | Bölmə: Dünya
Qırğızıstanın həbsdə olan keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumatı Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti yayıb.

A.Atambayev iyunun 29-da özünü pis hiss etdiyini deyib. Bundan sonra o, koronavirus testindən keçib. Müayinənin nəticəsi mənfi olub. Həkimlərin onlayn-məsləhətləşməsi nəticəsində ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bununla əlaqədar keçmiş prezidentin islah müəssisəsindən çıxarılaraq stasionar tibb məntəqəsinə yerləşdirilməsinə dair qərar qəbul olunub.

Qeyd edək ki, Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomay rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevin 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi və əmlakının müsadirə olunması barədə hökm çıxarıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}