21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xəbər portalının rəhbəri haqda edam hökmü çıxarıldı
Tarix: 30-06-2020 12:45 | Bölmə: Dünya
Xəbər portalının rəhbəri haqda edam hökmü çıxarıldı

​​​​​​​İran məhkəməsi xəbər portallarından birinin rəhbəri barəsində edam hökmü çıxarıb.

“Tasinim” xəbər verir ki, bunu İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, “Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub.

Bildirilib ki, R.Zam 2017-ci ilin dekabrından 2018-ci ilin yanvar ayınadək İranda keçirilən etiraz aksiyalarını rəhbərlik etdiyi xəbər portalında fəal şəkildə işıqlandırıb.

O, inqilab əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub. Bildirilib ki, Fransa kəşfiyyatı R.Zamı fəaliyyətini idarə edib. O, ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən də maliyyə dəstəyi alıb.

Qeyd edilib ki, R.Zam Parisdə sürgündə yaşayıb. Onun harada və hansı şəraitdə həbs olunması barədə məlumat verilməyib/Report. 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər