Ermənistanda milyonçu deputat koronavirusa yoluxdu
Tarix: 30-06-2020 20:52 | Bölmə: Dünya
Ermənistanda milyonçu deputat koronavirusa yoluxdu

Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan koronavirusa yoluxub.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə Q.Sarukyan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, bu yaxınlarda barəsində cinayət işi açılmış milyonçu deputat Qaqik Sarukyanın oğlu Niver Sarukyan dindirilmək üçün istintaq orqanına çağırıldığı zaman onun COVID-19-a yoluxduğu bəlli olub.

Onların istintaqdan yayınmaq üçün infeksiyaya yoluxmanı bəhanə etdikləri ehtimal edilir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}