21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Deputat partiyadan xaric olunub
Tarix: 30-07-2020 15:37 | Bölmə: Dünya
Deputat partiyadan xaric olunub

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) Mərkəzi İntizam Komissiyası millət vəkili Camal Enginyurtun partiyadan çıxarılması barədə qərar qəbul edib.

Bu barədə Mərkəzi İntizam Komissiyasının sədri, millət vəkili Halil Öztürk bildirib.

O deyib ki, 21 iyul tarixində C. Enginyurtun partiyadan çıxarılması tələbi irəli sürülüb və bu gün komissiyanın iclasında onun partiyadan çıxarılmasına dair qərar verilib.

Qeyd edək ki, C. Enginyurt fındıq istehsalçılarının hüquqlarının müdafiəsi və orduda fındıq qiymətlərinin tənzimlənməsi ilə əlaqədar fikirlər səsləndirib. Bundan sonra MHP-nin Mərkəzi İntizam Komissiyasında onun partiyadan çıxarılması məsələsi müzakirəyə çıxarılıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər