Rusiya Belarusa “Vaqner” döyüşçülərinə görə nota verib
Tarix: 30-07-2020 19:28 | Bölmə: Dünya
Rusiya Belarusa “Vaqner” döyüşçülərinə görə nota verib

Belarusda saxlanılan Rusiyanın “Vaqner” özəl hərbi qrupunun döyüşçüləri tranzit yolla üçüncü ölkəyə hərəkət etmək üçün həmin ölkədəki kommersiya firmasından qeydiyyatdan keçmiş əmək müqaviləsinə sahib olublar. 

TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Minskdəki səfiri Dmitriy Mezentsev deyib.

“Minsk yaxınlığındakı “Belorusoçka” sanatoriyasına gəlmiş Rusiya vətəndaşları Milli Aeroportdan qalxan təyyarə reysinə gecikdikləri üçün bu addımı atmağa məcbur olublar”, - deyə diplomat vurğulayıb. 

O, saxlanılan vətəndaşların Belarusun daxili işlərinə qarışması barədə iddiaları əsassız adlandırıb.

Səfir qeyd edib ki, saxlanılan Rusiya vətəndaşları ilə konsulluq əməkdaşlarının əlaqə qurmasına icazə verilməsi üçün Belarus Xarici İşlər Nazirliyinə nota göndərilib.

Mezentsev Rusiya və Belarus əlaqələrinin korlanmasına yol verən məlumatların yayılmaması üçün KİV-ə çağırış edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}