Ukrayna MDB-nin daha bir əməkdaşlıq sazişindən imtina edib
Tarix: 05-08-2020 16:21 | Bölmə: Dünya
Ukrayna MDB-nin daha bir əməkdaşlıq sazişindən imtina edib

Ukrayna hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin sərhəd qoşunlarının tədqiqat işləri ilə bağlı əməkdaşlığına dair sazişdən çıxmaq qərarı verib.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabineti bu qərarı müzakirəsiz iclasda qəbul edib.

Kiyev Rusiya və MDB ilə bağlanmış müqavilələrə yenidən baxmağa davam edir. Ukrayna Xarici işlər nazirinin müavini Vasili Bodnar bildirib ki, hakimiyyət razılaşmaları pozmaq məsələsində "radikal-emosional" addımlar atmır, çünki bu, Rusiyada yaşayan ukraynalılara zərər verə bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}