21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ukrayna Belarusdan “Vaqner” döyüşçülərini tələb edir
Tarix: 06-08-2020 14:56 | Bölmə: Dünya
Ukrayna Belarusdan “Vaqner” döyüşçülərini tələb edir

Ukrayna Minskdə saxlanılan “Vaqner” döyüşçülərinin bir qisminin təhvil verilməsi ilə bağlı Belarusa müraciət edib.

Bu barədə Ukraynanın Xarici İşlər naziri İvan Kuleba brifinqdə deyib.

XİN başçısı bildirib ki, Belarusun saxlanılanlarla bağlı Ukraynaya təqdim etdiyi siyahı araşdırılıb: “Hüquq-mühafizə orqanlarımız bu siyahını diqqətlə təhlil ediblər. Bu siyahıda Ukrayna vətəndaşı olanlar, Ukrayna və Rusiya pasportlarına sahib olduqları müəyyən edilənlər var. Ancaq sizə xatırlatmaq istəyirəm ki, bizim üçün onlar yalnız Ukrayna vətəndaşıdırlar. Onlardan kimlərin Rusiya silahlı birləşmələrinin və ya qeyri-qanuni silahlı birləşmələrin tərkibində Donbasda hərbi əməliyyatlarda iştirak etməsi müəyyən olunub. Hüquq-mühafizə orqanlarımız saxlanılanların sonrakı taleyi ilə bağlı belaruslu həmkarları ilə dialoqa başlayıb. Onların Ukraynaya təhvil verilməsi ilə bağlı müraciət etmişik”.

Nazir qeyd edib ki, bu günə qədər müraciətlə bağlı Belarus tərəfi rəsmi cavab verməyib, lakin Kiyev bu məsələdə Minsklə qarşılıqlı əməkdaşlıqdan razıdır.

Qeyd edək ki, dünən Ukrayna və Belarus Prezidentləri arasında telefon danışığı olub. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, hüquq-mühafizə orqanları Moskva və Kiyevlə imzalanan beynəlxalq müqavilələr çərçivəsində bu məsələdə hər iki tərəflə əməkdaşlıq edəcək.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər