16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Lukaşenkonun seçkilərdəki əsas rəqibi ölkəni tərk edib
Tarix: 11-08-2020 10:15 | Bölmə: Dünya
 Lukaşenkonun seçkilərdəki əsas rəqibi ölkəni tərk edib

Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilən seçkilərdə əsas rəqibi olan Svetlan Tixanovskaya təhlükəsizlik məqsədi ilə Litvaya gedib.

“RİA Novosti” xəbər verir ki, bunu Litvanın Xarici İşlər Nazirliyi açıqlayıb.

“Svetlana Tixanovskaya təhlükəsiz yerdədir, o, Litvadadır”, - məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}