17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Belarusda 2 mindən çox etirazçı saxlanılıb
Tarix: 11-08-2020 15:59 | Bölmə: Dünya
Belarusda 2 mindən çox etirazçı saxlanılıb

Belarusda keçirilən Prezident seçkilərinin nəticələrinə etiraz edən 2 mindən çox insan saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, avqustun 9-da Belarusda Prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Buna etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}