17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Beyrutdakı partlayışda ölənlərin sayı 171 nəfərə çatıb
Tarix: 11-08-2020 17:37 | Bölmə: Dünya
 Beyrutdakı partlayışda ölənlərin sayı 171 nəfərə çatıb

Beyrut limanında baş verən partlayış nəticəsində ən azı 171 nəfər həlak olub.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.

Qeyd edək ki, ötən gün BBC Beyrutun qubernatoru Marvan Abbuda istinadən partlayış nəticəsində 200-dən çox insanın öldüyünün ehtimal olunduğu barədə məlumat yayıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}