Rəsmi Yerevan: "Livanda yaşayan ermənilər Ermənistana gətiriləcək"
Tarix: 11-08-2020 19:27 | Bölmə: Dünya
Rəsmi Yerevan: "Livanda yaşayan ermənilər Ermənistana gətiriləcək"

Livanda yaşayan onlarla erməni Ermənistana gətiriləcək.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Armenia”ya təsdiqləyib.

Bildirilib ki, Livan erməniləri bu gün axşam saatlarında təyyarə ilə ölkəyə gətiriləcək.

Bundan əvvəl Baş Nazirin yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, 40-a yaxın Livan ermənisi ölkəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}