21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Səhiyyə naziri: “COVID-19 peyvəndinin ilk partiyası iki həftə ərzində buraxılacaq”
Tarix: 12-08-2020 12:48 | Bölmə: Dünya
Səhiyyə naziri: “COVID-19 peyvəndinin ilk partiyası iki həftə ərzində buraxılacaq”

“Koronavirusa qarşı peyvənd istehsalı ilk növbədə daxili bazara istiqamətlənəcək”.

Bunu bu gün Rusiyanın Səhiyyə naziri Mixail Muraşko keçirdiyi brifinqdə deyib.

O, ilk növbədə Rusiya vətəndaşlarının tələbatının ödənilməsinin vacib olduğunu bildirib.

Rusiyalı nazir peyvəndin xaricə ixrac olunması potensialının olduğunu da vurğulayıb.

M. Muraşko peyvəndin ilk partiyasının iki həftə ərzində buraxılacağını da qeyd edib.

“Yeni növ koronavirusa qarşı peyvənd könüllü olacaq” - deyən nazirin sözlərinə görə, tibb işçiləri də könüllü peyvənd olunacaqlar: "Bütün hallarda peyvəndlənmə könüllü olacaq".

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər