Rusiya XİN: Belarusun daxili işlərinə qarışmağa açıq cəhdlər edilir
Tarix: 13-08-2020 19:42 | Bölmə: Dünya
Rusiya XİN: Belarusun daxili işlərinə qarışmağa açıq cəhdlər edilir

"Rusiya qardaş Belarus xalqına etibarlı müttəfiq və dost olub və qalır".

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində deyib.

O bildirib ki, Rusiya Belarusdakı son hadisələri yaxından izləyir.

"Belarus şəhərlərinin küçələrində ictimai asayişin pozulması ilə nəticələnən hadisələr barədə xəbərlər narahatlıq doğurur. Xüsusi vurğulamaq istəyirəm ki, Rusiya qardaş Belarus xalqına etibarlı müttəfiq və dost olub və qalır. Aramıza nifaq səpmək cəhdlərinin nəticəsiz qalacağına inanırıq", - deyə Zaxarova qeyd edib.

Digər ölklərin Belarusda baş verənlərə reaksiyasına toxunan Rusiya XİN-in mətbuat katibi bildirib ki, bəzi xarici həmkarların Belarus hakimiyyətinə qarşı misli görünməmiş təzyiqi müşahidə edilir.

"Ölkədə parçalanma yaratmaq və sabitliyi pozmaq üçün suveren bir dövlətin daxili işlərinə qarışmağa açıq cəhdlər edilir", - deyə Mariya Zaxarova vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}