18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
ABŞ prezidentinin kiçik qardaşı vəfat edib - Foto
Tarix: 16-08-2020 10:40 | Bölmə: Dünya
ABŞ prezidentinin kiçik qardaşı vəfat edib

ABŞ prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp şənbə günü dünyasını dəyişib.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib: "Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat uyu".

Xatırladaq ki, Robert Tramp bir neçə gün əvvəl Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Prezident Tramp onu ziyarət edərkən səhhətinin yaxşı olduğu bildirilmişdi.

Bundan əvvəl isə o, iyul ayında reanimasiya şöbəsində bir həftəlik müalicə olunmuşdu.(APA)

ABŞ prezidentinin kiçik qardaşı vəfat edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}