21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyədə yaşı 65-dən yuxarı olanlara yenidən küçəyə çıxmaq qadağası qoyulub
Tarix: 16-08-2020 12:23 | Bölmə: Dünya
Türkiyədə yaşı 65-dən yuxarı olanlara yenidən küçəyə çıxmaq qadağası qoyulub

Türkiyənin bir çox vilayətlərində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yenidən qadağalar tətbiq olunmağa başlanıb.

Bu barədə Düzce, Yalova, Malatya, Siirt, Sivas, Gaziantep, Kayseri, Bartın, Batman, Bursa, Kırıkkale vilayətlərində yayılan xəbərdarlıqda bildirilib.

Hər vilayət valisinin fərqli qadağaları olsa da, adıçəkilən bütün bölgələrdə yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmaları məhdudlaşdırılıb. Bəzi vilayətlərdə kütləvi keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər