Putin Lukaşenko ilə bir daha Belarusdakı vəziyyəti müzakirə edib
Tarix: 16-08-2020 15:24 | Bölmə: Dünya
Putin Lukaşenko ilə bir daha Belarusdakı vəziyyəti müzakirə edib

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı olub.

Məlumata görə, Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstərilən təzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər.

Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında, eləcə də, lazım olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə vacib yardım göstərməyə hazır olduğu təsdiqləyib/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}