Koronavirusu itlər müəyyən edəcək
Tarix: 17-08-2020 07:34 | Bölmə: Dünya
 Koronavirusu itlər müəyyən edəcək

Dubay hava limanında koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün xüsusi təlim keçmiş itlərin istifadəsinə başlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Travel and Leisure” nəşri yazıb.

Bildirilir ki, itlər insanlarla kontaktda olmayacaq. Bu heyvanlar tərəfindən koronaviruslu xəstələrin müəyyən edilmə dəqiqliyi 92 faizə bərabərdir.

Dubay hava limanı koronavirus infeksiyasının bu yolla müəyyən edilməsinə başlanıldığı ilk aeroportdur.

Qeyd edək ki, Dubay iyuldan etibarən turistlər üçün açıqdır.(APA)




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}