NATO-nun Baş katibi: "Polşa Prezidenti ilə Belarus barədə vacib müzakirəmiz oldu"
Tarix: 18-08-2020 19:03 | Bölmə: Dünya
NATO-nun Baş katibi: "Polşa Prezidenti ilə Belarus barədə vacib müzakirəmiz oldu"

NATO-nun Baş katibi Yens Stoltenberq Polşa Prezidenti Andjey Duda ilə Belarusdakı vəziyyəti müzakirə edib.

Bu barədə Yens Stoltenberq "Twitter"də bildirib.

"Polşa Prezidenti ilə Belarus barədə vacib müzakirəmiz oldu. Minsk əsas hüquqlara tam hörmət göstərməlidir. NATO heç bir təhlükə yaratmır və bölgədə hərbi quruluşa sahib deyil. Biz ayıq-sayıqıq və bütün müttəfiqlərimizi müdafiə etməyə hazırıq", - deyə Stoltenberq bildirib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}