21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Litva hökuməti əcnəbilərlə bağlı qadağanı ləğv edib
Tarix: 19-08-2020 00:22 | Bölmə: Dünya
Litva hökuməti əcnəbilərlə bağlı qadağanı ləğv edib

Litva hökuməti koronavirusa yoluxma səviyyəsinin yüksək olduğu Avropa İttifaqı ölkələrindən olan əcnəbi vətəndaşların Litvaya girişi ilə bağlı qoyduğu qadağanı ləğv edib.

Ölkə mətbuatı xəbər verir ki, bu qərar hökumətin növbədənkənar iclasında qəbul edilib.

Bildirilib ki, xaricdən ölkəyə gələn vətəndaşlar istənilən halda koronavirus üzrə test analizi verdiklərinə dair arayış təqdim etməlidirlər (testin nəticəsi neqativ olmalıdır).

Qeyd edilib ki, 100 min nəfər əhaliyə 16 yoluxma halının düşdüyü Aİ ölkələrindən Litvaya gəlmək istəyən vətəndaşlar da iki həftə ərzində ölkədə təcrid rejimində qalmalıdırlar.(Azərtac)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər