21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Belarusdakı vəziyyət BMT-də müzakirə olunub
Tarix: 19-08-2020 11:04 | Bölmə: Dünya
Belarusdakı vəziyyət BMT-də müzakirə olunub

BMT Təhlükəsizlik Şurası ABŞ və Estoniyanın təşəbbüsü ilə Belarusdakı vəziyyəti, onun Avropadakı sülh və təhlükəsizliyə təsirini nəzərdən keçirib.

Estoniya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Estoniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Belarusdakı vəziyyətin müzakirəsinin təşəbbüsçüsü olub. Estoniyanı təmsil edən Xarici işlər naziri Urmas Reinsalu öz çıxışında Belarus hakimiyyəti tərəfindən həddən artıq güc tətbiq edilməsindən dərin narahatlığını ifadə edib.

"Təhlükəsizlik Şurası zorakı qarşıdurmaların qarşısını almağa borcludur. Buna görə də əvvəlcədən xəbərdarlıq etmək və məlumatlılıq səviyyəsini artırmaq bizim borcumuzdur. Biz dünyanın müxtəlif ölkələrində seçkilərin qeyri-azad və uğursuz olduğu, insanların haqlı narazılığının nəzərə alınmadığı vaxtlarda nələrin baş verdiyini görmüşük”,- deyə Mətbuat xidməti Reinsalunun sözlərini sitat gətirib.

Bir az əvvəl məlum olub ki, BMT Təhlükəsizlik Şurası hərbi çevrilişin baş verdiyi Malidəki vəziyyətlə əlaqədar da təcili iclas keçirəcək.

“Fövqəladə iclas avqustun 19-da qapalı formatda baş tutacaq”, - deyə qurumdakı mənbə TASS-a bildirib.

Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Üsyançılar artıq ölkə Prezidenti İbrahim Bubakar Keita və Baş nazir Bubu Sisseni, eləcə də bir neçə naziri həbs ediblər.

Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər