21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Belarusda müxalifətçilərə cinayət işi açılıb
Tarix: 20-08-2020 16:10 | Bölmə: Dünya
Belarusda müxalifətçilərə cinayət işi açılıb

Belarusda Müxalifətin Koordinasiya Şurasının yaradılması ilə bağlı cinayət işi açılıb. Reyting.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ölkənin Baş prokuroru Aleksander Konyuk bildirib.

Məlumata görə, “Milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş fəaliyyətə çağırışlar" maddəsinə əsaslanıb 5 ilə qədər həbs cəzası verilə bilər.

Baş prokuror deyib ki, bir neçə nəfər hərəkətlərinin qanunsuzluğunu anladıqları üçün artıq Koordinasiya Şurasını tərk ediblər.

Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Sergey Dylevski isə “RİA Novosti”yə bildirib ki, təşkilatın məqsədi milli təhlükəsizliyi təhdid etmək yox, hökumət və cəmiyyət arasında vasitəçi rolunu oynamaqdır: "Şura insanlar və hakimiyyət arasındakı münaqişəni həll etmək üçün yaradılıb".

Agentliyin həmsöhbəti bir neçə üzvün yaranan risklər səbəbindən məclisdən çəkildiyini də təsdiqləyib. Lakin bunun kütləvi xarakter almadığını bildirib.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə kütləvi aksiyalar başlayıb, seçkinin nəticələri şübhə altına alınıb. Aksiyalar zamanı polis-vətəndaş qarşıdurması baş verib, çoxsaylı həbslər var və üç nəfər ölüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər