21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Rusiyanın koronavirusa qarşı peyvəndinin yan təsirləri yoxdur
Tarix: 20-08-2020 19:10 | Bölmə: Dünya
Rusiyanın koronavirusa qarşı peyvəndinin yan təsirləri yoxdur

Rusiyanın koronavirusa qarşı Sputnik V peyvəndinin klinik sınağı keçiriləndən sonra könüllülərdə heç bir ciddi yan təsir qeydə alınmayıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Denis Loqunov bildirib.

"Peyvənd 18-60 yaş arası sağlam könüllülərə vurulub və çox yaxşı təhlükəsizlik profili göstərib. Könüllülərdən heç birində ciddi yan effekt qeydə alınmayıb”, - deyə o qeyd edib.

D. Loqunovun sözlərinə görə, koronavirusa yoluxub sağalmış vətəndaşların peyvənd olunmasının da əks göstərişləri yoxdur: "Peyvənd, ilk növbədə, koronavirusa yoluxmamış insanlar üçündür. Lakin koronavirusa yoluxub sağalmış insanların peyvənd olunmasında da heç bir məhdudiyyət yoxdur"/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər