21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb
Tarix: 21-08-2020 15:19 | Bölmə: Dünya
Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb
“Aleksey Navalnının səhhəti bizi çox narahat edir. Rusiya hakimiyyətini Avropa İttifaqında onu müalicə almağa icazə verməyə çağırırıq. Şəffaf və hərtərəfli araşdırma gözləyirik”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nabilla Massrali bildirib/Report.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər