17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İtaliyada daha 1071 nəfər koronavirusa yoluxub
Tarix: 22-08-2020 21:22 | Bölmə: Dünya
İtaliyada daha 1071 nəfər koronavirusa yoluxub

İtaliyada son bir gündə koronavirus infeksiyasına yoluxan xəstələrin sayı 1071 nəfər olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Yoluxanların əksəriyyəti paytaxt Latsio vilayətində (215 nəfər) aşkar edilib. Onun ardınca Lombardiya (185 nəfər) və Veneto (160 nəfər) vilayətləri yer alıb.

İtaliyada son üç ayda artıq antirekord qeydə alınıb – 947 yeni yoluxma faktı. Oxşar göstəricilər ölkədə mayın birinci yarısında – karantinin son mərhələsində müşahidə edilib.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri ölkədə yoluxanların ümumi sayı 258 136 nəfər olub ki, onların da 35 430 nəfər ölüb (son sutkada 3 nəfər). Rəsmilər yerli məhdudiyyətlərin və regional qırmızı zonaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirirlər. Bununla belə, sentyabr ayında məktəb və uşaq bağçalarının açılması planlaşdırılır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}