21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Müxalifət liderinin diaqnozu açıqlanıb - Video
Tarix: 23-08-2020 10:20 | Bölmə: Dünya
Müxalifət liderinin diaqnozu açıqlanıb

Aleksey Navalnının əsas diaqnozu qan şəkərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olan metabolik xəstəlikdir.

Reyting.az
RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Omsk 1 saylı təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski deyib.

Onun sözlərinə görə, xəstə üzərində materialların kimyəvi və toksikoloji tədqiqatını aparılar: “Tam əminliklə deyə bilərəm ki, oksibutiratlar və barbitüratlar aşkarlanmadı".

Bu barədə Omsk vilayətinin Səhiyyə Nazirliyi tərəfindən video da yayılıb:



Artıq xəstənin insult, infarkt keçirmədiyi və ya yoluxucu xəstəliklərə, o cümlədən koronavirusa yoluxmadığı müəyyən edilmişdir.

Konsilium Navalnının Berlindəki “Şarite” klinikasına aparılmasını riskli saysa da, qohumları bunda israr ediblər və artıq o, həmin klinakaya aparılıb.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Navalının halı Tomskdan Moskvaya uçan bir təyyarədə pisləşmiş, Omsk hava limanında təcili eniş edilmişdi.

Korrupsiyaya Qarşı Mübarizə Fondu Navalnını zəhərləməyə cəhd olunduğunu iddia edir (müxtəlif versiyalara görə, onu oksibutiratlar və ya barbituratlar vasitəsilə zəhərləyiblər).

Fondun sözçüsü Kira Yarmış, Alekseyin çərşənbə günü spirtli içki və "heç bir həb" qəbul etmədiyini bildirib. Təyyarədə heç nə yeyib-içməyib də.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov nəqliyyat polisi əməkdaşına istinadla xəbər verib ki, testlər yalnız xəstə üçün deyil, ətrafındakılar üçün də təhlükə yaradan bir zəhərdən söhbət getdiyini sübut edib. Xəstəxana isə bu məlumatları təkzib edir: Navalnının dərisində tapılan komponent sənaye kimyasına aiddir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər