21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İranda prezident seçkilərinin tarixi bəlli olub
Tarix: 24-08-2020 12:57 | Bölmə: Dünya
İranda prezident seçkilərinin tarixi bəlli olub

İranda növbəti prezident seçkiləri 2021-ci il iyunun 18-də keçiriləcək.

Bu barədə Daxili işlər nazirinin müavini Camal Örff bildirib.

Mövcud şəraitdə bütün siyasi partiyaları və namizədləri birliyə və həmrəyliyə çağıran nazir müavini ölkənin ABŞ ilə münasibətlərdə “xüsusi vəziyyətdə” olduğunu, bunun da ABŞ tərəfinin digər böyük dövlətlərin qarşı olmasına baxmayaraq, İrana qarşı silah embarqosunu daha da uzatmaq məqsədi qoyması ilə bağlı olduğunu dilə gətirib.

Onun sözlərinə görə, seçkilərlə bağlı bütün fəaliyyətlərə gələn il fevral və ya mart ayından başlanılacaq.

Daxili işlər nazirinin müavini daha əvvəl koronavirus üzündən bəzi əyalətlərdə təxirə salınmış parlament seçkilərinin də sentyabr ayının 12-də keçiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2013-cü ildən iqtidarda olan hazırkı Prezident Həsən Ruhani Konstitusiyaya görə üçüncü dəfə namizədliyini irəli sürə bilməz/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər