21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Liviya sahillərində 22 miqrantın cəsədi tapılıb
Tarix: 24-08-2020 13:55 | Bölmə: Dünya
Liviya sahillərində 22 miqrantın cəsədi tapılıb

Liviyaya məxsus gəmi ölkənin sahilyanı Zuara qəsəbəsi yaxınlığında Avropaya keçmək istəyən 22 miqrantın cəsədini dənizdən çıxarıb.

Reyting.az
xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Cəsədlər Liviyanın Qırmızı Aypara Cəmiyyətinə təhvil verilib.

Beynəlxalq Miqrasiya Təşkilatının Liviya üzrə missiyasının rəhbəri Federiko Soda bildirib ki, miqrantları daşıyan qayıq batıb və 37 nəfəri xilas etmək mümkün olub. Aralarında uşaq və qadınların da olduğu daha 23 miqrant itkin düşüb. Balıqçı gəmiləri onların axtarışını davam etdirir.

Təşkilatın Cenevrədəki ofisinin sözçüsü Safa Msehli bildirib ki, son aylarda Tripolidən Avropaya keçmək istəyən 302 miqrant dənizdə boğulub. Afrika mənşəli olan son qurbanların milli mənsubiyyəti müəyyən edilməyib.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında qeyd olunub ki, son bir ildə 100 mindən çox miqrant Aralıq dənizi vasitəsilə Avropaya yollanıb. Onlardan 1200-ü həyatını itirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər