16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Lukaşenkonun seçkidəki əsas rəqibi ABŞ dövlət katibinin birinci müavini ilə görüşüb
Tarix: 24-08-2020 17:41 | Bölmə: Dünya
Lukaşenkonun seçkidəki əsas rəqibi ABŞ dövlət katibinin birinci müavini ilə görüşüb

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Vilnüsdə ABŞ dövlət katibinin birinci müavini Stiven Biqan ilə görüşüb.

Bu barədə S. Tixanovskayanın mətbuat xidməti məlumat yayıb.

"Xanım Tixanovskaya və cənab Biqan Belarusdakı siyasi böhranı müzakirə etdi. S. Tixanovskaya seçimlərinə hörmət tələb edən Belarus xalqına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirdi",- deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, ABŞ dövlət katibinin birinci müavini avqustun 25-26-da Moskvada səfərdə olacaq/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}