Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib
Tarix: 24-08-2020 17:47 | Bölmə: Dünya
Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib

Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.

Bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.

“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, - A.Qlaz vurğulayıb/Report.

Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}