16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ dövlət katibinin birinci müavini Sergey Lavrovla görüşüb
Tarix: 25-08-2020 17:56 | Bölmə: Dünya
ABŞ dövlət katibinin birinci müavini Sergey Lavrovla görüşüb

ABŞ dövlət katibinin birinci müavini Stiven Biqan Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebeka Ross "Twitter"də bildirib.

"Dövlət katibinin birinci müavini Biqan nazir Lavrovla Belarusdakı mövcud vəziyyəti müzakirə etdi. S. Biqan belaruslara qarşı zorakılığı pisləyərək Belarusun suverenliyini və xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirdi.

Dövlət katibinin birinci müavini Stiven Biqan eyni zamanda müxalifətçi Aleksey Navalnının vəziyyətindən, onun zəhərlənməsi barədə məlumatların Rusiya vətəndaş cəmiyyətinə təsirindən dərin narahatlığını ifadə etdi və hər hansı demokratik cəmiyyətdə şəffaflığın və söz azadlığının əhəmiyyətini vurğuladı", -deyə Rebeka Ross qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}