21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ukraynada karantin müddəti uzadılıb
Tarix: 26-08-2020 16:24 | Bölmə: Dünya
Ukraynada karantin müddəti uzadılıb

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.

Məlumata görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Ölkədə "adaptiv model" formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb/APA.

Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd - "yaşıl", "sarı", "narıncı" və "qırmızı" zonalara bölüb.

Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar"yaşıl" zonada, ən sərt qadağalar isə "qırmızı" zonaya daxil olan bölgələrdə tətbiq olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər