Tramp: “Soyğunçuluq, zorakılıq və qanunsuzluğa dözməyəcəyik"
Tarix: 26-08-2020 23:31 | Bölmə: Dünya
Tramp: “Soyğunçuluq, zorakılıq və qanunsuzluğa dözməyəcəyik"

ABŞ səlahiyyətliləri iğtişaşların olduğu Viskonsin ştatının Kenoşa şəhərinə asayişi qorumaq və ictimai qaydanı bərpa etmək üçün federal qüvvələri və Milli Qvardiyanın əsgərlərini göndərəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Amerika küçələrində soyğunçuluq, yanğın, zorakılığa və qanunsuzluğa dözməyəcəyik. Komandamın üzvləri Evers (Viskonsin qubernatoru Toni Evers – Red) ilə telefonda danışıb və o, federal yardımı qəbul etməyə razılıq verdi” Tramp bildirib.

Qeyd edək ki, 23 avqust tarixində afroamerikalı Ceykob Bleyk mübahisə edən iki qadını ayırmağa çalışıb. Hadisə yerinə polis cəlb olunub. Bleyk hüquq mühafizəçinin tələblərinə əməl etməyərək avtomobilinə əyləşməyə çalışıb. Onun nəqliyyat vasitəsinə minməsinə mane olmaq istəyən polis elektroşokerdən istifadə edib və silahdan atəş açıb.

Buna etiraz edən ştatın əhalisi nümayişlər keçirməyə başlayıb. Daha sonra etirazlar iğtişaşlarla əvəzlənib. Qubernator Evers bölgədə fövqəladə vəziyyət elan edib/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}