21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Lukaşenko: "Polşa Belarusun Qrodno vilayətini ilhaq etmək istəyir"
Tarix: 27-08-2020 14:09 | Bölmə: Dünya
Lukaşenko: "Polşa Belarusun Qrodno vilayətini ilhaq etmək istəyir"

Belarus prezidenti Aleksandr Lukaşenko Polşanı Belarusun Qrodno vilayətini ilhaq etmə planında ittiham edib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Lukaşenko bu planın baş tutmayacağına əminliyini bildirib.

"Siz artıq Belarus parçalanarsa, Qrodno vilayətinin Polşaya gedəcəyi barədə açıqlamalar eşidirsiniz. Onlar bunu açıq şəkildə deyirlər. Onlar buna müvəffəq ola bilməyəcəklər, bunu mən dəqiq bilirəm", - deyə Lukaşenko bildirib.

O əlavə edib ki, ölkə indi bəzi hərbi hissələrini yerləşdirdiyi qərb sərhədlərindəki vəziyyəti sabitləşdirmək üçün külli miqdarda pul xərcləməyə məcburdur.

Belarus prezidenti bəzi "narahat qonşular"ın Belarusun daxili işlərinə müdaxilə etdiyini və dövlətə təzyiq göstərdiyin bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər