Yaponiyanın Baş naziri bu gün istefa verəcək
Tarix: 28-08-2020 11:54 | Bölmə: Dünya
Yaponiyanın Baş naziri bu gün istefa verəcək

Yaponiya tarixində fasiləsiz və ən uzun ömürlü Baş nazir Şinzo Abe səhhətində yaranan problemlər səbəbində bu gün istefa verəcək.

Reyting.az
xəbər verir ki, MHK dövlət televiziya kanalı Abenin bu gün istefa qərarı verəcəyini açıqlayıb. Baş nazir yerli vaxtla saatla 17:00-da televiziyada xalqa müraciət edərək səhhətində yaranan problemlər səbəbindən istefa verdiyini açıqlayacaq.

Abe 2887 gün Yaponiyanın Baş naziri vəzifəsini icra edib. 65 yaşlı Abe eyni zamanda Yaponiyanı idarə edən ən uzun ömürlü Baş naziri rekodunu da qırıb.

Xatırladaq ki, Baş nazir Abe eyni zamanda 11 saat çəkən həkim nəzarətindən keçərək mediada onun istefa xəbərlərinin tirajlanması və cəmiyyətin buna hazırlanması kimi addımlar da atıb.

Qeyd edək ki, Yaponiya mediası Baş nazirin iyul ayında kabinetində qan qusduğu haqqında məlumat da paylaşıb.

2006-cı ildə Yaponiyanın Baş naziri seçilən Şinzo Abe bir il sonra istefa vermişdi. 2012-ci ilin dekabr seçkilərini udan Abe 7 il 8 aydır ki, ölkəni idarə edirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}