21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dumanın deputatına qarşı ittiham aktı təsdiqlənib
Tarix: 28-08-2020 23:19 | Bölmə: Dünya
Dumanın deputatına qarşı ittiham aktı təsdiqlənib

Rusiyanın Baş Prokurorluğu Dövlət Dumasının deputatı Vadim Belousov və Çelyabinski çörək zavodunun keçmiş baş mühasibi Marqarita Butakovaya açılan cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, istintaqın araşdırmasının nəticəsinə görə, Belousov və Butakova 2010-2014-cü illərdə mütəşəkkil cinayətkar qrupun tərkibində, Çelyabinsk vilayətinin keçmiş qubernatoru Mixail Yureviç və başqaları ilə birlikdə, yol tikinti holdinqlərindən birini himayə etmək üçün onun nümayəndələrindən rüşvət alıblar.

Alınan rüşvətin üç milyard rubldan çox olduğu bildirilir.

Qeyd edək ki, Belousov ittihamla razılaşmasa da, dekabr ayının əvvəlində Dövlət Duması onu deputat toxunulmazlığından məhrum edərək cinayət işinin açılmasına icazə verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər