21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bayden ABŞ prezidentini ittiham edib
Tarix: 30-08-2020 13:13 | Bölmə: Dünya
Bayden ABŞ prezidentini ittiham edib

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Co Bayden bəyan edib ki, Amerika administrasiyasının indiki rəhbəri Donald Tramp Rusiyanın bu ölkədəki seçkilərə müdaxiləsini gizlətməyə cəhd edir.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, onun fikrincə, milli kəşfiyat rəhbərinin Konqresin kəşfiyyat üzrə komitəsinin üzvləri üçün brifinq keçirməyi dayandırması məhz bununla izah oluna bilər.

Baydenin seçkiqabağı kampaniyadakı açıqlamasında qeyd edilir ki, indiki prezident Rusiya hakimiyyətinin onun namizədliyini dəstəkləyəcəyinə ümid edir.

Baydenin fikrincə, Tramp Amerika xalqından Rusiya rəhbərliyinin Trampın yenidən seçilməsinə kömək üçün atdığı addımları gizlətmək istəyir.

“Bu da ona görədir ki, Trampın xarici siyasəti Kreml üçün hədiyyədir”, - Bayden vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər