21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Lukaşenko güc strukturlarında kadr dəyişikliyi edib
Tarix: 03-09-2020 13:20 | Bölmə: Dünya
Lukaşenko güc strukturlarında kadr dəyişikliyi edib

Belarus prezidenti Aleksandr Lukaşenko kadr dəyişikliklərinə başlayıb. Belarus KİV-lərinin məlumatına görə, bu barədə ölkə başçısı açıqlama verib.

Qeyd olunur ki, bu açıqlamanın ardınca Lukaşenko Təhlükəsizlik Şurasının Baş katibi Andrey Ravkovu, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçiki və Dövlət Nəzarət Xidmətinin rəhbəri İvan Terteli vəzifədən azad edib.

Prezidentin mətbuat xidmətinin məlumatın görə, indiyə qədər Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri postunda çalışan Valeri Vakulçik Belarus Təhlükəsizlik Şurasının Dövlət katibi təyin edilib. Dövlət Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edilən Andrey Ravkov bu ilin yanvarında bu posta təyin olunmuşdu.

Prezidentin digər qərarı ilə indiyə qədər Dövlət Nəzarət Komitəsinin rəhbəri postunda çalışan İvan Tertel Belarus Dövlət Təhlükəszilik Komitəsinin rəhbəri təyin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər