10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
Fransada koronavirusa yoluxma halları sürətlənib
Tarix: 07-09-2020 00:07 | Bölmə: Dünya
Fransada koronavirusa yoluxma halları sürətlənib

Ötən gün Fransada 7 071 nəfərdə COVID-19 aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son 24 saatda ölkədə koronavirusdan səhhəti ağırlaşmış 3 nəfər ölüb.

Qeyd edilir ki, son 7 gündə Qərbi Avropanın bu ölkəsində virusa yoluxmuş 1 704 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 288-i reanimasiya şöbələrində müalicə edilirlər.

Epidemiyanın başlanğıcından Fransada koronavirusa ümumilikdə 324 777 yoluxma qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}