Azərbaycan və Ermənistan səfirləri ilə görüş - Tehranda
Tarix: 18-11-2020 16:29 | Bölmə: Dünya
Azərbaycan və Ermənistan səfirləri ilə görüş  - Tehranda

İran prezidentin müşaviri və Strateji Araşdırmalar Mərkəzinin direktoru Azərbaycan və Ermənistan səfirləri ilə ayrı-ayrılıqda görüşüb.

Reyting.az
IRNA-ya istinadla xəbər verir ki, Hüsaməddin Aşna tərəflərlə Dağlıq Qarabağ böhranının həllinə dair fikir mübadiləsi aparıb.

Səfirlər Bünyad Hüseynov və Artaşes Tumanyanla görüşlərə Hüsaməddin Aşnadan əlavə, Qafqaz bölgəsi üzrə bir qrup mütəxəssis də qatılıb. Tərəflər regionda sülhün perspektivləri, ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Aşna İranın bitərəfliyi qorumaqla bağlı prinsipial mövqeyini və Dağlıq Qarabağ böhranının həllinə bölgəüstü güclərin müdaxiləsinin yolverilməzliyi zərurətini vurğulayıb. O, beynəlxalq hüquqa hörmət göstərilməsinə, Ermənistan və Azərbaycan tərəflərini atəşkəsə və davamlı həll yolu tapma səylərinə çağırıb.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri qalıcı atəşkəs və son müharibənin vurduğu zərərin əvəzinin ödənilməsinin zəruriliyinə toxunaraq, İran İslam Respublikasının iki ölkənin qarşılıqlı maraqları naminə sülhün möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə kömək göstərəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və Ermənistan səfirləri də ölkələri ilə İran arasındakı tarixi və mədəni əlaqələrin vacibliyini vurğulayıb, əlaqələrin hərtərəfli inkişafında maraqlı olduqlarını vurğulayıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər