Təhlükəsizlik Xidmətinin keçmiş direktoru istintaqa çağırıldı: "Nikol xaindir və o, gedəcək"
Tarix: 18-11-2020 17:44 | Bölmə: Dünya
Təhlükəsizlik Xidmətinin keçmiş direktoru istintaqa çağırıldı: "Nikol xaindir və o, gedəcək"

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Rodina Partiyasının rəhbəri Artur Vanetsyan növbəti dəfə bu gün saat 16:00-da Respublika Xüsusi İstintaq Xidmətinə çağırılıb.

Bu barədə Rodina Partiyasının üzvü Babken Harutyunyan "Facebook" səhifəsində yazıb.

“Nədənsə Vanetsyan mitinq ərəfəsində müxtəlif hüquq-mühafizə orqanları tərəfindən dəvət olunur, lakin əslində yalnız bir məqsəd var - mitinqdəki iştirakının və çıxışının qarşısını almaq. Hər halda, Nikol bir xaindir və o, gedəcək".

Son günlərdə Vanetsyan bir neçə dəfə hüquq-mühafizə orqanlarına dəvət edilib və valideynlərinin evində axtarış aparılıb.

Xatırladaq ki, bu gün saat 18: 00-da İrəvanın Azadlıq meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər