Rusiya, Çin, İran və KXDR ən təhlükəli ölkələr sayılır
Tarix: 19-11-2020 08:35 | Bölmə: Dünya
Rusiya, Çin, İran və KXDR ən təhlükəli ölkələr sayılır

Kanadanın Rabitə Təhlükəsizliyi Mərkəzi kibertəhlükəsizlik baxımından ən böyük təhdidin Rusiya, Çin, İran və KXDR tərəfindən olunduğunu bildirib.

“Reuters” xəbər verir ki, bu barədə qurumun yaydığı hesabatda deyilir.

Bildirilir ki, bu ölkələr Kanadanın energetika sistemini məhv etmək üçün kiberməkandan istifadə etməyə çalışırlar.

“Hesab edirik ki, Çin, Rusiya, İran və Şimali Koreyanın hökumət tərəfindən dəstəkləndiyi ehtimal olunan proqramları ayrı-ayrılıqda kanadalılar və təşkilatlar üçün ən böyük kiberhücum mənbəyidir”, - deyə qurumun hesabatında qeyd olunub.

Qeyd edilir ki, xarici təcavüzkarlar kiberməkandan, həmçinin Kanada təşkilatlarına və dövlət qurumlarına sızmaq üçün də istifadə edə bilərlər.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər