ABŞ-ın Səhiyyə Nazirliyi Baydenlə işləməkdən imtina edib
Tarix: 19-11-2020 08:55 | Bölmə: Dünya
ABŞ-ın Səhiyyə Nazirliyi Baydenlə işləməkdən imtina edib

ABŞ Səhiyyə Nazirliyi prezident seçkilərində özünü qalib elan edən Co Baydenin komandası ilə işləməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Qurumun rəhbəri Aleks Azara bildirib ki, Ümumi Xidmətlər İdarəsi (GSA) Baydenin qələbəsini tanınmayana qədər onunla işləməyəcəklər.

Azaranın sözlərinə görə, çox açıq şəkildə bildiriblər ki, GSA nə zaman kimin qalib gəldiyini müəyyən edərsə, o zaman da tam birgə şəkildə peşəkar keçid və hazırlıq işlərini təmin edəcəklər.

Bundan bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin də Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etməsi barədə yazmışdı.

Qeyd edək ki, Demokrat Co Baydenin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin etmək istədiyi Ron Klayn bildirmişdi ki, Ümumi Xidmətlər İdarəsi gələn həftədən etibarən hakimiyyətin ötürülməsinə başlanıldığını təsdiqləməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər