Nensi Pelosi yenidən Nümayəndələr Palatasının sədri seçilib
Tarix: 19-11-2020 11:41 | Bölmə: Dünya
Nensi Pelosi yenidən Nümayəndələr Palatasının sədri seçilib

Demokratlar Partiyasından olan konqresmen Nensi Pelosi yenidən ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı Palata) sədri seçilib.

“dw” xəbər verir ki, o, 2022-ci ilədək qanunverici orqana rəhbərlik edəcək.

Kalifornaiya ştatından konqresmen seçilmiş N.Pelosi vəzifədə olduğu müddətdə hüquq-mühafizə orqanlarında islahatlara dair qanunların qəbul edilməsinə üstünlük verəcəyini deyib.

Qeyd edək ki, ABŞ-da bu post əhəmiyyətinə görə prezident və vitse-prezidentdən sonra üçüncü yerdədir.

Xatırladaq ki, Nensi Pelosi 1940-cı il martın 26-da Merilənd ştatının Baltimor şəhərində anadan olub. O, birinci dəfə 2007-ci il yanvarın 4-dən 2011-ci yanvarın 3-dək Konqresin Aşağı Palatasının sədri olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər