Yeni Zelandiyada hicablı polis formasına icazə verilib
Tarix: 19-11-2020 12:56 | Bölmə: Dünya
Yeni Zelandiyada hicablı polis formasına icazə verilib

Yeni Zelandiyada hicablı polis formasına icazə verilib. BBC-nin məlumatına görə, işə yeni qəbul edilən Zina Əli hicab taxan ilk zabit qadın olacaq.

Yeni Zelandiya rəsmiləri deyiblər ki, hicabı uniformaya əlavə etməkdə məqsəd cəmiyyətdəki müxtəlifliyi əks etdirən bir polis sistemi yaratmaq və müsəlman qadınların hüquq mühafizə orqanlarına daha çox cəlb edilməsinə nail olmaqdır.

Ölkədə hicablı uniformaya icazə verilməsi üçün hüquqi prosedur 2018-ci ilin sonundan, orta məktəbləri ziyarət edən polis əməkdaşlarının sorğusuna cavab olaraq başlanmışdı.

Böyük Britaniyanın paytaxtı Londonda 2006-cı ildən, Şotlandiyada 2016-cı ildən müsəlman qadın polislərin hicab taxmasına icazə verilir.

Avstraliyada ilk dəfə 2004-cü ildə Viktoriya polisinin əməkdaşı Maha Sukkar hicablı formada xidmətə başlayıb.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər