Avropa İttifaqının yeni hərbi doktrinası hazırlanır
Tarix: 20-11-2020 15:29 | Bölmə: Dünya
Avropa İttifaqının yeni hərbi doktrinası hazırlanır

Avropa İttifaqının (Aİ) yeni hərbi doktrinası – “Aİ-nin strateji kompası” hazırlanır.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel "Twitter"də bildirib.

“Bu gün Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Aİ-nin daha necə güclü təhlükəsizlik təminatçısı ola biləcəyini müzakirə edirlər. “Strateji kompas” bu məqsədə çatmaq üçün əsas elementdir”, - deyə Cozep Borrel qeyd edib.

Qeyd edək ki, daha öncə Brüsseldəki diplomatik mənbə jurnalistlərə bildirib ki, Aİ “Aİ-nin strateji kompası” adlanan strateji konsepsiyasının üzərində işləyir.

Xatırladaq ki, bu gün Aİ müdafiə nazirlərinin videokonfransı keçirilir və bu konsepsiya orada müzakirə olunur/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}