Minskdə şagirdlər arasında kütləvi zəhərlənmə olub
Tarix: 21-11-2020 08:55 | Bölmə: Dünya
Minskdə şagirdlər arasında kütləvi zəhərlənmə olub

Belarusun paytaxtı Minsk şəhərindəki 61 nömrəli məktəbin şagirdləri kütləvi şəkildə zəhərləniblər. Nəticədə 16 uşaq xəstəxanaya yerləşdirilib.

“TASS” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Minskdəki uşaq yoluxucu xəstəlikləri xəstəxanasına 17 uşaq qəbul edilib. Xəstəxanaya müraciət edən uşaqlardan biri həkim müayinəsindən keçdikdən və ilkin tibbi yardım göstərildikdən sonra valideynləri tərəfindən evə aparılıb.

Belarus İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında isə qeyd edilir ki, məktəblilərin zəhərlənməsinə görə sanitariya və epidemiya tələblərinin pozulması, insanların zəhərlənməsinə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Bildirilir ki, uşaqlar məktəbin yeməkxanasında yemək yedikdən sonra özlərini pis hiss ediblər və kömək üçün tibb işçilərinə müraciət olunub.

Minsk Şəhər İcraiyyə Komitəsinin mətbuat xidməti ümumilikdə təxminən 280 şagirdin tibbi yardım üçün həkimə müraciət etdiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər