Sabiq nazir ailəsini Ermənistandan çıxarır
Tarix: 23-11-2020 14:16 | Bölmə: Dünya
Sabiq nazir ailəsini Ermənistandan çıxarır

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.

Bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.

Z. Mnatsakanyan BMT-nin Baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.

Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.

Qeyd edək ki, Z. Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər