Almaniya hərbçiləri Aralıq dənizində Türk gəmisində saatlarla yoxlama aparıb
Tarix: 23-11-2020 16:11 | Bölmə: Dünya
Almaniya hərbçiləri Aralıq dənizində Türk gəmisində saatlarla yoxlama aparıb

Aralıq dənizində Türkiyəyə məxsus gəmi beynəlxalq qanunlarına zidd olaraq almaniyalı hərbçilər tərəfindən saxlanılıb və gəmidə saatlarla axtarış aparılıb.


CNN Türk-ün verdiyi xəbərə görə, kapitanı yunan olan Almaniyaya məxsus “Hamburq” gəmisinin hərbi heyəti Türkiyədən Liviyaya ərzaq və boya kimi müxtəlif maddələr daşıyan gəmini saxlatdırıb və hərbçilər türk gəmisində saatlarla axtarış aparıblar.

Helikopter vasitəsilə eniş edən alman hərbi heyəti təhlükəli heç nə tapmadıqdan sonra gəmini tərk ediblər.

Qeyd edək ki, Avropa Birliyi Dəniz Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Liviyaya silah məhdudiyyətləri tətbiq etmək məqsədi ilə 31 Mart 2020-ci ildən Aralıq dənizində İRİNİ (yunanca barış) əməliyyatını (EUNAVFOR MED IRINI) başladıb. BMT Təhlükəsizlik Şurasının 2292 saylı qətnaməsinə görə, İRNİ əməliyyatı qərəzli və qanunsuz bir əməliyyat hesab edilir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər