ABŞ-ın yeni prezidenti komanda üzvlərini təqdim edib - Siyahı
Tarix: 25-11-2020 00:15 | Bölmə: Dünya
ABŞ-ın yeni prezidenti komanda üzvlərini təqdim edib

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edib.

“RİA Novosti” xəbər verir ki, Delaver ştatının Vilminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək nazir namizədləri eyni səhnədə yan-yana dayanıblar.

Co Bayden Toni Blinkeni Dövlət katibi vəzifəsinə, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndəliyə, Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, keçmiş Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}