Dağıstanın başçısı koronavirusa yoluxub
Tarix: 25-11-2020 10:37 | Bölmə: Dünya
Dağıstanın başçısı koronavirusa yoluxub

Dağıstan Respublikasının başçısı səlahiyyətlərini müvəqqəti icra edən general-polkovnik Sergey Melikovda COVID-19 aşkarlanıb.

"RİA Novosti” xəbər verir ki, məlumatı Dağıstan hökumətinin mətbuat xidməti yayıb.

General-polkovnik özünü yaxşı hiss etdiyini və təcrid vəziyyətində işləməyi planlaşdırdığını deyib.

Qeyd edək ki, S.Melikov 2020-ci il oktyabrın 5-də təyin edilib. O, Vladimir Vasilyevi əvəzləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər